Orban: "Macarıstan və Azərbaycan qardaş ölkələrdir"
Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik", - Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
KARUSEL / GÜNDƏM
Tarix: 24-11-2023, 16:57