Azərbaycan və Macarıstan energetika sahəsində əməkdaşlığı müzakirə edib
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla energetika sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Macarıstan Baş nazirinin Ofisinin mətbuat xidmətinin rəhbəri Zoltan Kovacs "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Z.Kovacs deyib ki, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
O qeyd edib ki, tərəflər Azərbaycan enerji şirkətinin Macarıstan təsislərində qaz depolamaya başlamasının və iki ölkə arasında fiziki qaz tranzitinin yaradılmasının vacibliyi vurğulayıb: “Həmçinin, onlar macar şirkətlərinin Azərbaycanda uğurlu genişlənməsini və gələcəkdə potensial macar investisiyasını müzakirə ediblər. Qarabağın yenidən bərpası sahəsində macar şirkətlərinin inşa prosesində iştirakı üçün bir Azərbaycan şəhəri müəyyənləşdirilib”.
Görüşdə qeyd edilib ki, Macarıstan azərbaycanlı tələbələrə Macarıstanda təhsil almaq üçün hər il 200 təqaüd imkanı təklif edir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-09-2023, 17:55