Dönərdən zəhərlənənlərdən 32 nəfər evə buraxılıb
Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub:.
"Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur", - deyə əlavə edilib.
Qeyd edək ki, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Xatırladaq ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15 olduğu bildirilirdi.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 8-05-2024, 14:21