Şəkidə 6 nəfər dəm qazından zəhərlənib
Bu gün saat 01:41 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə dəm qazı ilə zəhərlənmə şübhəsi ilə 6 nəfər (kişi cinsli) gətirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara zəruri tibbi yardım göstərilib: "Vəziyyətləri qənaətbəxş olduğu üçün hər biri evə buraxılıblar".
KARUSEL / HADİSƏ
Tarix: 22-02-2024, 11:19