Zaqatalada qızılca xəstəliyi yayılıb
Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.
"Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir", - deyə əlavə edilib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 17-11-2023, 18:04