Qədim Şərqə səyahət - Çin
Böyük Çin səddi boyunca gəzmək və Yasaq şəhərə yollanmaq istəyirsiniz? Pekinə endirimli aviabiletlərimizlə qədim Şərqə səyahət arzularınızı reallaşdırın! Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.
Təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.
Bakıdan Pekinə aviabiletlərin qiyməti:
- Bir tərəfə — 235 ABŞ dollarından;
- Gediş-dönüş — 391 ABŞ dollarından;
- Bir tərəfə — 214 ABŞ dollarından;
- Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.
Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!
Aviabiletləri aviaşirkətin rəsmi saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-05-2024, 09:47



























