mobil versiya

Çempionlar Liqasının favoriti “Qarabağ”ın rəqibidir




UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turundan sonra “Opta” superkompüteri turnirin favoritlərini müəyyənləşdirib.

Xarici KİV xəbər verir ki, superkompüter ən çox uğur şansını hələ də “Liverpul”a verir – 19,9 faiz (öncə 20,4 faiz).
İkinci yerdə digər Premyer Liqa klubu “Arsenal” (16 faiz), üçüncü sırada isə Fransa çempionu PSJ (12,7 faiz) qərarlaşıb.
Hazırda ümumi mərhələnin turnir cədvəlinə “Ayntraxt” (Frankfurt) başçılıq edir. İkinci yerdə PSJ, üçüncüdə isə Belçikanın “Brügge” komandası qərarlaşıb. Hər üç klubun hesabında 3 xal var. Eyni xala sahib “Qarabağ” 10-cu pillədədir. Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir.(komanda.az)

KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:47