mobil versiya

Putin Həbiblə görüşdü - VİDEO



Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurmaqomedovla görüşüb.

BAKU.WS rus KİV-nə istinadən bildirir ki, görüş Mahaçqala şəhərində baş tutub.

Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap da iştirak edib.

Putin qələbə münasibətilə Həbibə və Əbdülmanap Nurməhəmmədova da təbriklərini çatdırıb: “Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.

Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidə Həbib amerikalı rəqibi Dastin Poryeyə qalib gələrək, növbəti dəfə çempion titulunu qazanıb. Həbibin növbəti rəqibinin ya Toni Ferqyuson, yaxud da Jorj Sen-Pyer olacaq. 


MARAQLI / KARUSEL / DÜNYA / İDMAN / VİDEOXƏBƏR
Tarix: 13-09-2019, 00:04