Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 10 gün davam edəcək

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək. Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.
Sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Fəxriyyə Mahmudova /lent.az/
ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 31-08-2019, 17:08