mobil versiya

Şəmkirdə dönərdən zəhərləndiyi iddia olunan azyaşlıların vəziyyəti ilə bağlı açıqlama



Dörd gün ərzində 9 azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onların ikisi dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının bölmə müdiri Surac Hüseynov bildirib ki, xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla, ümumilikdə, 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.
Qida Təhlükəsizliyi Agentliyi də Şəmkirdəki kütləvi qida zəhərlənmə ilə bağlı açıqlama verib. Qurumdan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-02-2024, 15:18