mobil versiya

Ermənistan kanalı Əskipara ilə bağlı filmi silib



Əskipara kəndi ilə bağlı film Ermənistanın birinci kanalının saytından silinib.
Erməni KİV xəbər verir ki, bu barədə kanalın keçmiş jurnalisti Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb.
Erməni jurnalist ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib.
“Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb.
Bir az da axtardım, gördüm ki, Şuşa şəhərinin işğal ediməsi ilə bağlı film, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”, - o əlavə edib.
Qeyd edək ki, Əskipara - Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. (trend)


KARUSEL / CƏMİYYƏT
Tarix: 6-05-2024, 11:06