Ərdoğan: ”Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın ən önəmli ortaq mövzusu S-400-dür.
Ərdoğan deyib ki, ABŞ Türkiyəyə F-35 döyüş təyyarələrinin satılmaması fikrindən vaz keçməyəcəyi halda, Türkiyə Rusiyadan SU-57, yaxud SU-35 təyyarələrinin alınması məsələsinə qərar verəcək: “Hazırda bu məsələlər bizim təklif paketlərimizdə müzakirə olunan mövzulardır. Zamanı gələndə şərtlər və tələblər bir də nəzərdən keçiriləcək. Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”.
Sevil Ünal Hilalqızı /APA/
SİYASƏT / DÜNYA
Tarix: 30-08-2019, 17:51