mobil versiya

Xatirədən Oqtaya: "Bu qaxıncı gözləmirdim, boşanmaq Allahın qismətidir" - FOTO


Müğənni Natavan Həbibi ilə "SOY" prodakşının rəhbəri Oqtay Əliyev arasında günlərdir davam edən qalmaqala Xatirə İslam da qoşulub. 

REPORTYOR.AZ xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yazıb. Xatirə Oqtay Əliyevin Həbibi haqqında dediyi "Biabırçılıq gündə boşanıb evlənməkdir!" sözlərini qınaq atəşinə tutub: 

"Əvvəla, onu deyim ki, mən Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim. Ən azından 2 qız atası, gözəl ailə başçısı və bir baba kimi sizə yaraşdırmadım. Boşanmaq Allahın bir qismətidir. Bu hadisədən heç kim sığortalanmayıb. Bəzən 30 ilin ailəsi də dağıla bilir. Çox çətin zamana gəlmişik. Hər şey dəyişib. Ana balanın üzünə, bala atanın üzünə dayanan bir zamandayıq. Sabah siz də boşana bilərsiniz (ALLAH etməsin), mən də boşana bilərəm. Deməli, ağzımızı açan kimi boşanmağı başımıza qaxınc edib bizi qohum əqrəba yanında utandıracaqsınız? Bilirsiniz, bu ölkədə neçə minlərlə boşanmış qadın var? Müğənni də adi insandır. O qadınlardan biridir. Gücünüz ancaq instaqramda yalandan gülüb, özünü həm varlı, həm sağlam, həm xoşbəxt göstərən şou əhlinə çatır?"




SON XƏBƏR / KARUSEL
Tarix: 11-02-2022, 16:30