mobil versiya

Hüseyn Həsənovun bu videosu 3 milyondan çox izlənildi - FOTO/VİDEO




Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənov sosial şəbəkədə yeni video paylaşıb.

REPORTYOR.AZ xəbər verir ki, bloger azərbaycanlı fanatları ilə görüşündən lentə alınan görüntülərini 21 milyon izləyicisi olan instaqram hesabında yayımlayıb. 

Videoda blogerin paytaxt sakinlərinin onu necə izdiham və coşğu ilə qarşıladığı anlar yer alıb.

Blogerin bu videosu 2 saat ərzində 2 milyondan çox izlənilib. Hüseyn bu haqda foto paylaşaraq məlumat verib. Hazırda isə görüntülərin izlənmə sayı 3 milyonu keçib.

Qeyd edək ki, Hüseyn Həsənovun paytaxtın böyük ticarət mərkəzlərindən birində baş tutan görüşü zamanı izdiham yaşanıb. O, cəmi 5 dəqiqə səhnədə qala bilib. Daha sonra bir neçə mühafizəçinin köməyi ilə həmin yerdən uzaqlaşa bilib. 

Blogerin oranı tərk etməsindən sonra səhnədə olan şəxlərdən birinin insanları kəmərlə vurmasını əks etdirən görüntülər lentə alnıb. Sosial şəbəkələrdə yayılan video böyük qınaq obyektinə çevrilib. Hüseyn yayılan görüntülərə instaqram hesabında açıqlama gətirib.

"O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu onun nəyinə lazımdır?" - deyərək Həsənov qeyd edib.

SON XƏBƏR / KARUSEL
Tarix: 18-04-2022, 10:15