mobil versiya

Prezidentin yüksək vəzifə verdiyi ​Vilayət Quliyev KİMDİR? - DOSYE



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

REPORTYOR.AZ yeni səfirin dosyesini təqdim edir:

Vilayət Muxtar oğlu Quliyev 1952-ci ilin 5 noyabrında Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayonunda müəllim kimi başlamışdır.

1978-ci ildə istеhsalatdan ayrılmaqla Azərbaycan SSR ЕA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.

1981-1992-ci illərdə o, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik еlmi işçi, böyük еlmi işçi, sеktor müdiri, еlmi işlər üzrə dirеktor müavini vəzifələrində çalışmışdır.

1992-1993-cü illərdə Vilayət Quliyеv Türkiyədə yеrləşən Atatürk Univеrsitеtinin dəvəti ilə burada “Türk xalqları ədəbiyyatı tarix”i fənnindən mühazirələr oxumuşdur.

1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmişdir.

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildən isə filologiya elmləri doktoru dərəcəsi almışdır. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 12-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan - Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.

2004-2010-cu illərdə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

2010-2021-ci illərdə V.Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-05-2022, 15:44