mobil versiya

Sabahın hava proqnozu açıqlanıb




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 1-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Departamentdən REPORTYOR.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhərbəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturugecə 4-7° isti, gündüz8-11° isti, Bakıdagecə 5-7° isti, gündüz9-11° isti olacaq. Atmosfertəzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Martın 1-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzimeteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 4-9° isti, gündüz13-18°isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz4-8° isti olacaq.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-02-2020, 17:45