mobil versiya

"Lotu Quli"nin ölümündən sonra qardaşı Namiq barəsində "Praqon" yayıldı - FOTO



"Lotu Quli"nin ölümündən sonra qardaşı Namiq barəsində "Praqon" yayıldı

Türkiyədə qətlə yetirilən Lotu Quli, Nadir Səlifovun ölümündən sonra onun yerinə kimin təyin olunması söz-söhbətləri səngimək bilmir. Artıq bununla bağlı həbsxanalara "Praqon" göndərildiyi bildirilir. Həmin "praqon"un olduğu ehtimal edilən yazı YPX.AZ saytının qaynar xəttinə göndərilib. Mətn təxminən aşağıdakı kimidir:

"AUE.

Yaşasın kriminal aləm.

Praqon

Kriminal aləm qanunları ilə yaşayan və ona laqeyd olmayan hər kəsi salamlayırıq.

Praqonun əsas yazılma səbəbi Namiq Bakinskiydir.

O, özünü qanuni oğru kimi təqdim edir. Biz oğrular nəzərinizə çatdırırıq ki, o qanuni oğru deyil və onu qanuni oğru kimi tanımayın. Bu özü-özünə ad verəni dəstəkləyən və onun yolunu gedənlərə etdikləri davranışa uyğun hərəkət olunacaq.

Bununla da bitiririk. Sizə Uca Allahdan hər şeyin ən müqəddəsini, qarşılıqlı anlaşma, uğurlar arzu edirik.

Səmiyyətlə qanuni oğrular:

Şakro Molodoy
Oleq Şişkan
Badri Kutaiskiy
Edik Asatryan
Dato Krosnadarskiy
Quram Kvejoviç
Kaxa Parpaliya
Uqlava Georgiy
Axmed Şalinskiy
Albert Rıjiy
Ozmanov Şalva
Zaur Naxçıvanskiy
Emin Hacıqabulskiy
İlqar Dmanniskiy
Qleb Kineşemskiy
Roma Kürd
Qoradze Mindiya
Hüseyn Slepoy
Dato Surqutskiy"


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-08-2020, 03:11