mobil versiya

Azərbaycanda koronavirusa yoluxma artır: 369 nəfər




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 564 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 193 min 870 test aparılıb. Bugünkü test sayı isə 6 734-dir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 14-10-2020, 14:55