Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb

Kosmik hava proqnozuna əsasən, avqustun 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.
Avqustun 26-27-də qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü - avqustun 28-də nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.
Əsmər Qabil
/APA/
#sun #şamaxırəsədxanası #hava #kosmik
SOSİAL
Tarix: 27-08-2019, 12:49