mobil versiya

Koronavirusun müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər




COVID-19 müalicəsində istifadə olunan dərmanlar ürəyə mənfi təsir edə bilər.

BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, COVID-19 üçün istifadə olunan bir sıra dərmanların kardiotoksik təsiri var: “COVID-19 olan xəstələrdə dərman müalicəsinin proaritmogen təsiri səbəbindən aritmiyaların inkişaf edə biləcəyi barədə məlumatlar əldə olunub.

Aspirin, klopidogrel, varfarin, kleksan kimi qan durulducularını qəbul edərkən daxili qanaxmanın qarşısını almaq üçün onların, virus əleyhinə dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalıdır.

Bu gün ürək-damar sisteminə təsir edən dərmanları qəbul edən xəstələrdə koronavirus infeksiyasının ağır gedişli riski haqqında məlumat yoxdur.

İndiki mərhələdə beynəlxalq tibbi cəmiyyətlərin mövqeyi birmənalıdır: COVID-19-a yoluxan xəstələrdə ACE inhibitorlarının və ya ARB-lərin istifadəsinin ləğvi, xüsusilə hipertoniya, XÜÇ və ya əvvəlki Mİ olan xəstələrdə ürək-damar ağırlaşmaları riskini artıra bilər.

Bundan əlavə olaraq, arterial təzyiqinə daha yaxşı nəzarət edən RAAS inhibitorlarının hipertenziv şəxslərdə immun sisteminin balanssızlığı qismən məhdudlaşmasına kömək edə bilər.

Bu səbəbdən, mütəxəssislərin çoxu, ÜDX müalicəsi üçün bir çox dərman preparatların faydalı təsir göstərə biləcəyini, ürək xəstəliyinin pisləşməsinin və COVID-19 infeksiyasından ciddi ağciyər zədələnməsinin riskini azaltdığını göstərir.

Buna görə antihipertenziv dərmanların qəbulu tam şəkildə davam etdirilməlidir”.

Baş kordioloq bildirib ki, COVID-19 testi pozitiv çıxan xəstənin vəziyyəti təcili xəstəxanaya yerləşdirməsini tələb etmirsə, o, evdə müalicə oluna bilər:

“Xəstənin mənzilində ayrıca bir otaq olmalıdır və həkimin bütün reseptlərinə əməl edilməlidir. Yaşlı insanlarla birlikdə yaşayan və ya xroniki xəstəlikləri olan pasiyentlər xəstəxanaya göndərilməlidir.

Evdə müalicə alarkən xəstənin vəziyyəti pisləşirsə o, hospitalizasiya olunmalıdır. Yaşlıların evdə müalicəsi digər yaşdakı xəstələrin müalicəsindən heç bir şəkildə fərqlənmir; xüsusi dərmanlar yoxdur. Yaşlı insanlar ilk növbədə sağlamlığı qorumaq üçün ümumi tövsiyələrə əməl etməlidirlər.

Onlar üçün mütəmadi fiziki aktivlik vacibdir (gündə ən az 20 dəqiqə) və balanslı qidalanma. Müsbət münasibət və yaxınları ilə davamlı ünsiyyət çox vacibdir”.
SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2021, 12:49