Qərargah: Koronavirusun müalicəsində istifadə olunan bütün dərmanlar var
“Həftədə 200-500 xəstəni qəbul etmək gücümüz var”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, xəstə sayı artdıqca tibbi personalın sayı da artırılır: “Hər iki xəstəyə ən yaxşı halda bir tibb işçisi düşür. Bu gün üçün tibb müəssisələrində hər hansı çatışmazlıq yoxdur. Depomuzda bütün lazımlı vasitələr kifayət qədərdir. Dünyada istifadə olunan bütün dərmanlar preparatlar mövcuddur. Olmayan dərman yoxdur və hər hansı qıtlıq yaşanmır. Gələcək də bununla bağlı problem olmayacaq”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 9-06-2020, 23:06