Bu xəstəxanada COVID-19 xəstələrinin sayı azalıb
Koronavirus xəstələrinin müalicəsində istifadə edilən Şəmkir rayon Mərkəzi Xəstəxanasında COVID-19 xəstələrinin sayında nisbi azalma var.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə xəstəxananın baş həkimi Yusif Quliyev bildirib.
O əlavə edib ki, xəstələrin müalicəsində müsbət tendensiya müşahidə edilir:
"Təkcə bu gün xəstəxanadan COVID-19 virusuna yoluxan 20 nəfər müalicə olunaraq evə buraxılıb. Bəli, nisbi azalma var və müsbət tendensiya müşahidə olunur".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-07-2020, 09:53