İlk testin nəticəsi mətbuata sızdı - Koronavirusla bağlı üzücü xəbər
Dünya şirkətləri yeni növ koronavirusa qarşı peyvənd və dərman hazırlamaq üçün zamana qarşı mübarizə apararkən, COVİD-19-a qarşı istehsal edilən tibbi preparatın ilk testinin nəticələri səhvən mətbuata sızıb.
ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən istehsal edilən “Remdesivir” dərmanının koronavirus xəstələrinin sağalmasında effektli ola biləcəyinə ümidlər böyük idi.
Lakin Ümumdünya Səhiyyə Təşkilatından mətbuata sızan sənədlərdə dərmanın COVİD-19-a qarşı təsirli olmadığı qeyd olunub. Sənədlərə görə, Çində aparılan testlər zamanı xəstələrin səhhətində müsbət dəyişiklik müşahidə olunmayıb.Üstəlik qanda olan patogen mikroblarının dərəcəsi də azalmayıb.//publika.az
Dərman şirkəti isə testlərin nəticələrinin səhv təqdim edildiyini irəli sürüb.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 24-04-2020, 22:11