mobil versiya

Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin müayinəsinin nəticələri açıqlandı




Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilən şəxslərin bir qrupunun müayinəsinin nəticələri açıqlanıb. 

Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb. 

Qeyd olunub ki, testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb: "Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 11-02-2020, 12:43