mobil versiya

Bu ölkədə koronavirusa qarşı dərman paylanılmasına başlanıldı




Yaponiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün icazə verilən “Remdesivir” adlı dərmanı səhiyyə müəssisələrinə paylamağa başlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Katsunobu Kato dərmanın vəziyyəti ağır olan xəstələrdə istifadə ediləcəyini açıqlayıb.

Sabahdan etibarən isə koronavirusun nəticələrini 30 dəqiqədə hazırlayan antigen testlərinin istifadəsinə də başlanılacaq. Bu testlər nəticəni qısa zamanda hazırlasa da, doğruluq faizinin aşağı olduğu bildirilir. Bu səbəbdən həmin testlərin yataq xəstəsi olmayan vəziyyəti yüngül olan xəstələrdə istifadə ediləcəyi açıqlanıb.



SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 12-05-2020, 17:31