mobil versiya

Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı




Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasının yayılmasının nəzarətdən çıxdığını açıqlayıb.

“Report” “Aysora”a istinadən xəbər verir ki, o, bu barədə aprelin 10-da Ermənistan parlamentinin Səhiyyə və sosial məsələlər üzə daimi komissiyasının iclasında çıxışı zamanı məlumat verib.

“Biz koronavirusun yayılmasını dayandırdığmızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik. Məsələn, əvvəllər biz bir mənbədən 50 fakt qeyd alırdıqsa, indi 10, yaxud 20 mənbədən 16, 20, 30 hadisə aşkarlayırıq. Ona görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”, - nazir bildirilib.

SON XƏBƏR / KARUSEL
Tarix: 10-04-2020, 16:15