Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır
Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.
O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.
Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-03-2020, 15:50