İtaliya koronavirusa yoluxanların sayına görə İranı geridə qoydu
İtaliya koronavirusa yoluxanların sayına görə İranı geridə qoyub.
Lenta.ru-nun məlumatına görə, bu barədə Cons Hopkins Universitetinin hesabatında bildirilir.
Martın 4-nə olan məlumata görə, İtaliyada 2502 virusa yoluxma halı qeydə alınıb. İranda isə bu göstərici 2336-dır. Beləliklə, Avropa ölkəsi yoluxanların sayına görə, Çindən və Cənubi Koreyadan sonra üçüncü ölkə oldu.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində qeydə alınıb. Martın 4-nə olan məlumata görə, 93,2 min insan virusa yoluxub. Onlardan 3,2 min nəfər ölüb, 50 mindən artıq insan isə sağalıb. Yoluxma halı dünyanın 70-ə yaxın ölkəsində qeydə alınıb.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-03-2020, 12:05