mobil versiya

İki minə yaxın həkim ölümcül koronavirusa yoluxub



İki minədək çinli həkim ölümcü koronavirusa COVİD-19 virusuna yoluxub.

“Ölkə.Az” “South China Morning Post”a istinadən xəbər verir ki, bu barədə Çinin Sağlamlıq və gigiyena məsələləri üzrə dövlət komitəsinin rəhbəri Çzen İsin məlumat verib.

“Fevralın 11-dək tibb işçiləri arasında 1716 nəfərdə  belə bir virusa yoluxma diaqnozu qeydə alınıb və onlardan 6-sı isə ölüb”- komitə rəhbəri deyib.    

Onun sözlərinə görə, tibb işçiləri arasında virusa yoluxma hallarının artması qeydə alınmaqdadır.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 14-02-2020, 13:16