Müğənni koronavirusa yoluxub
İtaliyanın Bari şəhəri ərazisində pnevminiyaya ilk yoluxma hadisəsinin qeydə alındığı güman edilir.
REPORTYOR.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rai Radio 1” cümə axşamı bildirib.
Qeyd edilir ki, ölkənin cənubunda yerləşən şəhərdə qripin əlamətləri - öskürəklə və yüksək hərarətlə yerli xəstəxanaya müraciət etmiş qadın xəstəxanaya yerləşdirilib.
Radiostansiya bildirib ki, söhbət yaxın vaxtlarda Şərq ölkələrindən konsert turundan qayıdan müğənnidən gedir. O, xəstləliyin geniş yayıldığı Çinin Uhan şəhərində olub.
Səhiyyə Nаzirliyi tərəfindən qəbul edilmiş normativlərə uyğun olaraq, xəstə digər pasiyentlərdən təcrid edilmiş şöbəyə yerləşdirilib. Ondan bütün analizlər götürülüb.
SAĞLAMLIQ / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 24-01-2020, 10:15