Bakıda azyaşlılarla bağlı təcili yardıma müraciətlər artıb
2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726 693 ümumi müraciət daxil olub.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, müraciətlərdən 66 600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13200 olub ki, bu rəqəmdə artım qeyd edilir.
Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-12-2019, 15:16