Avropada sifilis xəstəliyi kəskin artıb - Statistika
Avropada sifilisə yoluxma halları artıb.
Reportyor.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Yoxlanılması mərkəzi məlumat yayıb. Bildirilir ki, 2010-cu ildən bu yana sifilisə yoluxanların sayı 70% artıb.
Hesabatda qeyd edilir ki, 2007-2017-ci illə arasında Avropanın 30 dövlətində 260 mindən çox sifilisə yoluxma halı qeydə alınıb. Almaniya, Böyük Britaniya, İrlandiya, İslandiya və Maltada yoluxma halları iki dəfə artıb.
Estoniya və Rumıniyada isə sifilisə yoluxma halları 50% azalıb. Mərkəzdən bildirirlər ki, sifilisin sürətlə yayıma səbəbi homoseksuallar arasında artan cinsi əlaqələrdir.
DÜNYA
Tarix: 15-07-2019, 14:11