mobil versiya

ÜST koronavirusun yoxa çıxacağı tarixdən danışdı



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.

Translyasiyanın yazısına ÜST-nın “Twitter” səhifəsində baxmaq olar.

“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.
Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq. 

“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.//olke.az

MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 7-03-2020, 11:55