mobil versiya

Toy üçün babasına gödəkcə gətirməyə gedən 10 yaşlı qız yoxa çıxdı



Tovuz rayonunda 10 yaşlı qız yoxa çıxıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı dünən gecədən yoxa çıxdığı deyilir.

Yaxınlarının sözlərinə görə, dünən axşan saatlarında qonşuluqda toya hazırlaşan uşağın babası ona gödəkcəsini gətirməyi bildirib və o dəqiqədəb etibarən uşağı görən olmayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsinə məlumat verilib və uşağın axtarışlarına başlanılıb.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 22-11-2019, 14:00