mobil versiya

İtkin düşən Gülnarın yaxınları danışdı: "Uşaqların yolunu gözləyir" - VİDEO



Oktyabr ayının 17 i Şəmkir rayonunun Sabirkənd kəndində itkin düşən 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızının yaxınları danışıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, qadın günorta saatların da itib.

Gülnar Tanrıverdiyevanın anası Elmira Alırzayeva bildirib ki, Gülnar itkin düşməmişdən bir neçə saat qabaq onlara gəlib.

"Qızım yoxa çıxmamışdan bir neçə saat qabaq bizə gəldi. Bir müddət oturandan sonra dediki evimdə işim qalıb və getdi.


Günorta saatlarında isə kürəkənim mənə zəng etdiki Gülnar sizdədirmi dedim yox. O gedən yoxa çıxıb.

Qızımı görənlərdən xahiş edirəm bizə,polisə məlumat versinlər".

Qeyd edək ki, 25 yaşlı Gülnar Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu.


KARUSEL / HADİSƏ / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 22-10-2019, 18:43