Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı

O, hadisə yerində dünyasını dəyişib.
Dünən Şabran rayonunda intihar hadisəsi qeydə alınıb. Hadisə gecə saat 03.00 radələrində, Şabranın Gəndov kəndinə baş verib.

 Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü İbrahimov Müşviq Mənsur oğlu yaşadığı evdə ov tüfəngi ilə baş nahiyəsindən atəş açaraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.

Hazırda 25 yaşlı gəncin hansı səbəbdən intihar etməsi araşdırılır.