Qırğız hüquqşünas: "Ermənistan Cenevrə konvensiyasını kobud şəkildə pozub"

Hüquqşünas deyib ki, Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş tərəf Azərbaycan Respublikasıdır. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Cenevrə konvensiyası pozulub: "Cenevrə konvensiyasına əsasən, müharibə zamanı işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılmamalıdır, orada yaşayan insanların mülkləri dağıdılmamalıdır. Lakin Ermənistan tərəfi Cenevrə konvensiyasını kobud şəkildə pozub. Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarından çox ziyan vurulub".
O deyib ki, ATƏT-in Minsk Qrupunun 25 ildir fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin həllində irəliləyişlərə nail olunmayıb: "Görürük ki, həmsədrlər Madrid prinsiplərindən bir az kənarlaşıblar. Zaman isə Azərbaycanın əleyhinə işləyir".
Onun sözlərinə görə, status-kvo Ermənistan tərəfini qane edir və zaman onların lehinə işləyir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Kayrat Osmonəliyevə elmi işini başa çatdırması ilə bağlı sertifikat təqdim edib.
Tədbirdə Qırğızıstan, Türkmənistan səfirliklərinin, Azərbaycan XİN-nin nümayəndələri, KİV iştirak ediblər.
Rəna Ağayeva /APA/
GÜNDƏM / SİYASƏT
Tarix: 26-08-2019, 15:24