mobil versiya

Bu günədək Ceyhan limanından 3,29 mlrd. barelə yaxın Azərbaycan nefti nəql edilib


Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan terminalından 3,29 mlrd. barelə yaxın neft yola salınıb. BIL-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə terminaldan 4 283 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 159,15 mln. barel neft və 198 tanker yüklənilib.
Qeyd edək ki, bu ilin iyulun 22-dən avqustun 29-dək terminalda 29 tanker yüklənilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
Emil İsmayılov








İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 29-08-2019, 11:43