mobil versiya

ABŞ-ın neft ehtiyatları həftə ərzində 10 milyon barel azalıb


ABŞ-da kommersiya neft ehtiyatları son bir həftə ərzində 10,03 milyon barel azalaraq, 23 avqust tarixinə 427,75 milyon barel təşkil edib. APA xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin məlumatında deyilir.
Bununla belə, “Bloomberg”in analitikləri ehtiyatların 2,85 milyon barel azalacağını gözləyirdi.
Bu qiymətlərin fonunda Londondakı ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 60,32 dollara yüksəldi ki, bu da əvvəlki ticarətin bağlanış səviyyəsindən 2,14% çoxdur.
#neft #barel #amerika
/APA/
DÜNYA / İQTİSADİYYAT
Tarix: 29-08-2019, 07:37