mobil versiya

Gündəmi dəyişdirmə cəhdləri




Son bir ildə dünyanın bir nömrəli gündəm maddəsi heç şübhəsiz "pandemiya" oyunudur. 

Ölkəmizdə isə 26 illik fasilədən sonra yenidən müharibənin başlaması və 44 gün kimi qısa müddət ərzində başa çatması bir müddət diqqətlərin kürəsəl şeytani güclərin oyunundan kənar qalmağımıza səbəb oldu.

Əqli salim olan hər bir Azərbaycan vətəndaşını Qarbağın taleyinin qeyri müəyyənliyə tərk edilməsi narahat etməlidir. Rusların Abxazya ve Osetyada etdiyi gedişlərin bənzərinin Qarabağdanda etdiyi artıq heç kimə sirr deyil. Əlbətdə ki eyni senaryanın Qarabağda da sona qədər təkrarlanacağını Türkiyə faktorunu da nəzərə alaraq düşünmürəm. Ancaq 300 ilimizi həba etmiş, istər millətimizə qarşı istərsə də digər millətlərə qarşı genosid siyasəti aparan Kremil sarayının gedişləri diqqətlə izlənməli və lazımı tədbirlər görünməlidir.

İki əsas məsələ yəni pandemiya uydurmaları və Qarabağ məsələsini kənara ataraq gündəmin mərkəzinə başqa hər hansı bir məsələyi yerləşdirmək sadəcə və sadəcə diqqəti bu iki məsələdən yayındırmaq məqsədi daşıyır.

Təəssüflər olsun ki çox az sayda insan şeytani mərkəz tərəfindən həyatımızı alt üst edən, təmiz hava ilə nəfəs almağımızı belə bizə çox görən, onsuzda bərbat vəziyyətdə olan təhsilimizi daha da pis vəziyyətə salan, psixologiyamızı darmadağın edən bu oyunu pozmağa çalışır.
Bir daha təkrar edirəm Azərbaycan adlı məmləkətin hal hazırda 2 əsas gündəm maddəsi və onların ortaya çıxardığı fəsadlar var. Digər bütün məsələlər provakatorlar tərəfindən ortaya atılan gündəmi dəyişdirmə cəhdidir.

Çox maraqlıdır görəsən məscidlərin açılmasını tələb etməyən dindar ya da Xankəndi, Xocalı, Ağdərəni tələb etməyən vətənpərvər görəsən nə vaxt danışacaq? Ya da ümumiyyətlə səsini çıxarmağı düşünürmü?



KARUSEL / YAZARLAR
Tarix: 17-04-2021, 23:57