mobil versiya

Almaniyada axtarışda olan azərbaycanlı göldə ölü tapıldı – FOTO



Ötən gün Almaniyanın paytaxtı Berlindəki bir göldə ölü tapılan azərbaycanlının cənazəsi Bakıya göndərilib.

AzEuroNews.com  xəbər verir ki, 1979-cu il təvəllüdlü Seymur Məmmədovun nəşi sentyabrın 29-da göldə qayıqla gəzən yerli turistlər tərəfindən tapılıb. 

Hadisə yerinə gələn polis və xüsusi dalğıc qrupu S.Məmmədovun cansız bədənini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

                                                             Mərhum Seymur Məmmədov

Əldə etdiyimiz məlumatda deyilir ki, S. Məmmədov sentyabrın 15-i itkin düşüb. Bu barədə polisə məlumat verilib. Berlin polisi tərəfindən axtarılan S.Məmmədovun cansız bədəni 14 gün sonra, Berlin yaxınlığındakı bir göldən tapılıb. 

Əslən Azərbaycanın Astara rayonundan olan Seymur Məmmədov yeni ailə həyatı qurubmuş. Ondan geriyə azyaşlı övladı qalıb. 



KARUSEL / HADİSƏ
Tarix: 5-10-2019, 23:35