“Milan”dan ayrılan müdafiəçi karyerasını başa vurub
Bu yay “Milan”dan ayrılan italiyalı müdafiəçi Alessandro Florensi karyerasını bitirib.
Florensinin hazırda 34 yaşı var. O, karyerası ərzində beş fərqli klubda çıxış edib: “Krotone”, “Roma”, “Valensiya”, PSJ və “Milan”. Bundan əlavə, o, İtaliya millisində 49 oyun keçirib.
Florensi futbolçu karyerası ərzində 5 kubok qazanıb.
İtaliyalı keçmiş futbolçu “Milan”ın heyətində İtaliya çempionluğunu, PSJ ilə Fransa kubokunu və superkubokunu qazanıb, həmçinin, 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionatını çempion kimi vurub.
O, gənclər səviyyəsində isə “Roma” ilə İtaliya çempionluğunu qazanıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:23