mobil versiya

ABŞ-da məktəbdə atışma olub




Martın 8-də ABŞ-ın Ayova ştatının De-Moyn şəhərindəki məktəbdə atışma baş verib.

Bu barədə "CNN" telekanalı xəbər verib.

Məlumata əsasən, üç şagirdin vəziyyəti ağırdır. Hazırda məktəb bağlanıb.

Yanğından mühafizəsinin nümayəndəsi Ahman Duqlas bildirib ki, qurbanlar arasında iki oğlan və bir qız var. Hər üçü yerli xəstəxanalara çatdırılıb. Polis potensial şübhəli şəxsləri artıq saxlayıb.
KARUSEL / DÜNYA
Tarix: 8-03-2022, 12:00