mobil versiya

Qaxda partlayış baş verib, 4 nəfər xəsarət alıb



Qaxda partlayış baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

KARUSEL / HADİSƏ
Tarix: 8-10-2019, 11:45