mobil versiya

Rusiyanın Ukraynada itkiləri - SON RƏQƏMLƏR




Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 21 900 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, hücum edən tərəfin 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.



KARUSEL / DÜNYA
Tarix: 25-04-2022, 12:35