mobil versiya

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb


Mahmudçala Ovçuluq Təsərrüfatında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Biləsuvar rayon sakini Bəhruz Əhmədov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb. (AZƏRTAC)
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-01-2023, 18:21