mobil versiya

Şəmkirdə 40-dan çox sakin məsuliyyətə cəlb olundu - RƏSMİ




Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı sürücülük hüququ olmayan, avtomobili sərxoş halda idarə edən sürücülər də müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.
Ümumilikdə 40-dan çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

SON XƏBƏR / KARUSEL
Tarix: 14-08-2021, 12:15