mobil versiya

Azərbaycan Kubokunda məhsuldarlıq rekordu qeydə alınıb


Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, raundun ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır.
Turnirin ilk matçlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bu müddətdə daha iki dəfə (2015/2016 və 2016/2017) eyni sayda qol qeydə alınıb. Daha çox topun vurulmasına sonuncu dəfə 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqləniblər. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.

KARUSEL / İDMAN
Tarix: 20-04-2023, 11:33