mobil versiya

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub



Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət edib. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib.
Lakin Gəncə təmsilçisinin bundan artığına gücü çatmayıb. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi” - “Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raunfun matçları aprelin 19-da və 27-də keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 20-12-2022, 17:00