Bu il doğulan əkizlərin sayı nə qədər olub?

Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici 9,8-dən azalaraq 9,2-yə enib.
Doğulanlar arasında oğlan uşaqları53,2 faiz, qız uşaqları isə 46,8 faiz təşkil edib.
Doğulan körpələrdən 1 264-ü əkiz, 57-si isə üçəm olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb. Onlardan 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm olub.
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 16:03